Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda olub və sakinlərlə söhbətləşib.
Söhbət əsnasında sakinlər arasında olan tələbələrdən biri dövlət başçısına müraciət edərək xahişini dilə gətirib: “Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”.
Prezident bu məsələni də həll edəcəyini qeyd edib: “Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək”.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...