İlham Əliyev səfiri geri çağıraraq - Yeni vəzifə verdi

20:49 19-02-2019 | icon 2446
İlham Əliyev səfiri geri çağıraraq - Yeni vəzifə verdi

Prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.


Digər xəbərlər

0.29288816452026