“Usubova məhbusların əfvi ilə bağlı verilmiş siyahını dəstəkləyirəm”
“Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm”. Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Deputat mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib. “Hüquq müdafiçiləri, həm də bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”.
Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...