Qurban Qurbanov mövqeyini qorudu

21:25 20-02-2019 | icon 2290
Qurban Qurbanov mövqeyini qorudu

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb.

Siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qərarlaşıb.

“Qarabağ”ın təcrübəli baş məşqçisinin ötən həftə olduğu kimi, hesabında 1073 xal var. Bununla 502-ci pillədəki mövqeyini qoruyan 47 yaşlı Qurbanov Kike Sançes Flores, Filippo İnzagi və Roberto Donadoni kimi tanınmış simaları qabaqlayır.


Digər xəbərlər

0.27708911895752