Qaraşov səyyar görüş keçirib - Foto
Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 20 fevralda dağlıq ərazidə yerləşən Qurumba kəndində keçirib.
Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirak etdiyi görüşdə sakinlər onları narahat edən məsələlərdən söz açarkən Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri də yüksək qiymətləndirməklə bərabər ölkədə maaşların, pensiya və müavinətlərin növbəti dəfə artırılmasına, minimum əmək haqqının 180 manata qaldırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, Qurumba kəndində yeni məktəb binasının tikilib istifadəyə verilməsi, eyni zamanda ərazidən keçən Lerik-Lənkəran yolunun əsaslı təmiri və Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün gözəl şərait yaratdığı barədə razılıqlarını bildiriblər.
Görüşə görə təşəkkürlərini bildirən sakinlər ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti tamamilə dəstəklədiklərini, radikal müxalifətin ölkədə sabitliyi pozmağa yönələn hərəkətlərini qəti şəkildə pislədiklərini xüsusi qeyd ediblər. Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...