Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?
“Prezident İlham Əliyevin çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı təxminən 400 binanı və ya 50-60 min mənzili əhatə edəcək”.
Bunu Trend-ə müsahibəsində Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib. O vurğulayıb ki, bu fərman cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq:
“Bu istiqamətdə reallaşdırılacaq tədbirlər ilk növbədə daşınmaz əmlak bazarının leqallaşmasına, əmlak sahiblərinin hüquqlarının müdafiəsinə yönələcək. Qeydiyyata alma və ya təkrar qeydiyyata alma ilə bağlı bütün məsələlər dövlət səviyyəsində qısa zamanda həll olunacaq. Daha bir vacib məqam isə odur ki, bu, gənc ailələrə ipotekadan yararlanmağa imkan yaradacaq”.
R.Əbləsənov əlavə edib ki, fərman müvafiq dövlət qurumlarının üzərinə daşınmaz əmlak sahiblərinin mülkiyyət hüquqlarının operativ şəkildə tanınması üçün zəruri tədbirlərin qəbul edilməsi ilə bağlı öhdəliklər qoyur.
Əmlak Xidmətləri Məkanının rəhbər həmçinin texniki pasport və çıxarışların verilməsi prosedurlarından danışıb:
“Prosedura əsasən, binaların istismara verilməsi haqqında rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanacaq. Daha sonra bu rəylər Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına ötürüləcək. Sonra yeddi gün ərzində bu qurumlar tərəfindən binanın istismarına icazə verilməsi barədə qərar qəbul ediləcək. Vətəndaşlar mənzil-tikinti kooperativinin protokolundan çıxarışı və mənzil borcunun olmaması barədə arayış təqdim edəcək. Bu sənədlər əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən mülkiyyət hüququnun operativ tanınması təmin olunacaq və texniki pasportlar və çıxarışlar veriləcək”.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...