Prezident yanğında ölənlərlə bağlı həmkarına başsağlığı verdi

19:55 23-02-2019 | icon 3437
Prezident yanğında ölənlərlə bağlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Əbdül Həmidə başsağlığı ünvanlayıb. Başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, Banqladeşin paytaxtı Dəkkədə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 80-ə yaxın insan həlak olmuşdu. 

 

 

Digər xəbərlər

0.25184798240662