Türkiyənin Kəmər şəhərində Xüsusi Qayğıya Ehtiyacı olan İnsanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib

20:03 23-02-2019 | icon 1924
Türkiyənin Kəmər şəhərində Xüsusi Qayğıya Ehtiyacı olan İnsanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib

Türkiyənin Kəmər şəhərində Xüsusi Qayğıya Ehtiyacı olan İnsanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.

Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən Azeripress.az-a verilən məlumata görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. Stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar. Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar. Belə ki, yarışda iştirak edən Nicat Həmidov 1-ci, Rza Bayramov və Xaqan Əliyev 2-ci yer, Kamal Bayramov isə 3-cü yerin sahibi olub. Qeyd edək ki, Türkiyədə stolüstü tennis üzrə turnirə fevral ayının 22-dən start verilib. Fevralın 24-də isə turnir yekublaşır.

 

 


Digər xəbərlər

0.26718187332153