Magistraturaya imtahan başa çatdı
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Fevralın 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...