Prezidentdən təbrik məktubları

17:49 25-02-2019 | icon 2663
Prezidentdən təbrik məktubları

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha məktub ünvanlayıb. 

Məktubda deyilir: 

“Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bundan başqa, dövlət başçısı Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha da eyni məzmunlu məktublar göndərib. 


Digər xəbərlər

0.19863986968994