VAR Azərbaycanda da tətbiq olunacaq

08:52 26-02-2019 | icon 2666
VAR Azərbaycanda da tətbiq olunacaq

Hazırda bir çox futbol platformasında tətbiq olunan VAR sistemi Azərbaycana da gələcək.

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport” telekanalında “Təkbətək” verilişində deyib.

Məmmədov martın 4-də keçiriləcək AFFA-nın konfransında bu sistemin təqdimatının olacağını söyləyib:

 

“Öncə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab böyük ehtimalla müsbət olacaq”.

Baş katib bu istiqamətdə tender elan olunacağını vurğulayıb:

“Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan 3 şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra 10 ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR tətbiq olunacaq”.


Digər xəbərlər

0.28354001045227