“Sədərək”də güclü yanğın - Video

11:07 26-02-2019 | icon 5127
“Sədərək”də güclü yanğın - Video

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.  Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki,  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Yanğın yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

 


Digər xəbərlər

0.30182814598083