“Yəqin, o adam AFFA-nın baş katibi olmaq istəyir” - Elxan Məmmədov
“Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir”.
Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport” telekanalına müsabəsində deyib.
AFFA rəsmisi “niyə istefa vermirsiniz?” sualını belə cavablandırıb: “Özüm futbolla yaşayan insanam. 6-7 yaşımdan futbola azarkeşlik edirəm. İlk təhsilim menecment, ikinci təhsilim idman idarəetməsi ilə bağlıdır. Aldığım təhsil, tutduğum vəzifə və futbola olan azarkeşliyim bir yerdə cəmləşib. İrəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm. Bunu edəcəyəm. Hər gün işə böyük həzz, arzu, sevgi, müsbət emosiyalarla gəlirəm. İşə arzusuz və həvəssiz gəldiyim bir gün olsa, həmin işdə qalmayacağam. Bu idman növünü çox sevirəm və düşünürəm ki, hər bir şəxsin fundamenti sağlamlıqdan asılıdır. Hamımız idmanın təbliğatını aparmalıyıq. Futbol isə bunun ən gözəl yoludur. İstefamla bağlı sualı verən insan, yəqin ki, AFFA-nın baş katibi olmaq istəyir”.
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...