Lənkəranda Xocalı soyqırımının 27-ci ildönümü qeyd edilib - Foto
Lənkəran şəhərində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı “Ana heykəli” qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər, hərbi hissələrin şəxsi heyətləri abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması barədə sərəncamına əsasən rayonun idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...