Elnarə “Xocalıya ədalət”i jest dilində təqdim etdi - Video

08:30 27-02-2019 | icon 2779
Elnarə “Xocalıya ədalət”i jest dilində təqdim etdi - Video

Müğənni Elnarə Xəlilovanın “Xocalıya ədalət” (“Justice for Khojali”) adlı mahnısına jest dilində klip çəkilib. Layihə “Araxçın” MMC və “Silent Communicatian” komandasının təşkilatçılığı ilə ərsəyə gəlib.

 Nizami Kino Mərkəzində ekran işinin təqdimatı olub. Klipdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin şagirdləri çəkilib.

Klipə baxdıqdan sonra isə mahnı sözlərinin müəllifi, Xocalı hadisələrinin canlı şahidi Yasif Savalan, Karlara Dəstək İctimai Birliyinin sədri Kamran Abbasov, Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və Elnarə Xəlilova, Araxçın MMC-nin rəhbəri Fatimə Süleymanova, jest dili surdotərcüməçisi Könül Quliyeva təəssüratlarını bölüşüblər.

Mahnı eyni zamanda ingilis və Azərbaycan dillərində də ifa edilib. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir. Jest dili ilə ekranlaşdırılan “Xocalıya ədalət” klipinin rejissoru Orxan Bektaş, prodüseri Cihan Deveci, operatoru Əhməd Baraşov, asistenti Elxan Kazımlıdır.

 


Digər xəbərlər

0.26968097686768