Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər?
“Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər”.
Bunu Trend-ə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurum uşaq televiziya kanalının yaradılmasında maraqlıdır:
“Lakin bunun üçün də əsas olmalıdır. Ola bilsin ki, gələcəkdə bu məsələyə baxılsın”.
N.Məhərrəmli əlavə edib ki, Şura milli cizgi filmlərinin çəkilməsi məsələsinə xüsusi yanaşır:
“Hətta əvvəllər cizgi filmlərinin çəkilməsi ilə bağlı məsələ də qaldırmışdıq. Azərbaycan uşaqları xarici cizgi filmləri əsasında böyüməməlidirlər”.
MTRŞ sədrinin fikrincə, maliyyə imkanları çərçivəsində hər il heç olmasa bir neçə cizgi filmi çəkilməlidir ki, müəyyən müddətdən sonra o cizgi filmlərindən artıq böyük bir arxiv formalaşdırılsın və uşaqlar həmin filmlər əsasında böyüsünlər:
“Bilirsiniz ki, Azərbaycanda “ARB Günəş” adında cizgi filmləri göstərən televiziya fəaliyyət göstərir. Burada nümayiş olunan cizgi filmlər Azərbaycan dilində səsləndiyi üçün bütün ailələr o filmləri uşaqlarına göstərirlər. Bu, çox müsbət bir tendensiyadır. Baxmayaraq ki, həmin telekanal bölgələrdə yayımlanır, biz onun kabel şəbəkəsində yayımı üçün şərait yaratdıq”.
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...