Salyan rayonunda “Xocalı soyqırımının” iyirmi yeddinci  ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

09:26 27-02-2019 | icon 2462
Salyan rayonunda “Xocalı soyqırımının” iyirmi yeddinci  ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

26 fevral 2019-cu il tarixində Salyan rayonunda faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə “Şəhidlər” xatirə kompleksində "Əsgər anası" və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.


         Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.

 


Digər xəbərlər

0.26682090759277