Abşeronda hesabat iclası keçirildi - Foto

09:00 28-02-2019 | icon 3001
Abşeronda hesabat iclası keçirildi - Foto

Abşeron  rayonunun 2018-ci  ildə sosial-iqtisadi inkişafının yekunları və  2019-cu  ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. 

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə 2018-ci ildə rayonda görülmüş abadlıq-quruculuq işləri, keçirilmiş tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

İclasda rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova geniş məruza ilə çıxış edib. Bildirilib ki, 2018-ci il Abşeron rayonu üçün uğurlu illərdən biri olub.  Ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri,  elektrik enerjisi, təbii qaz  ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilib. 

Vurğulanıb ki, ötən il Xırdalan şəhərinin küçə və məhəllələrində 5100 paqometr səki daşı düzülüb, 2100 kvadratmetr  tomet döşənib, 44600 kvadratmetr sahəyə asfalt örtük verilib.  

Bildirilib ki, Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi  Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi  layihəsi üzrə  2017-ci ilin iyul ayından başlanılan işlər  davam etdirilib,  ötən müddət  ərzində müxtəlif diametrli 109  km  uzunluğunda içməli  su, 61 km  uzunluğunda  kanalizasiya xətti çəkilib, 16481  ev birləşməsi verilib.  

Qeyd edilib ki, 2018-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminatı sahəsində də çox böyük layihələr həyata keçirilib. 2018-ci ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub. Hesabat dövründə  büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115.1  faiz əməl edilib, rayonun yerli xərcləri isə 97.1   faiz icra olunub.  

Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və digərləri ölkədə və rayonda görülən işlərdən söz açıblar. Sonda iştirаkçılаrı аdındаn Аzərbаycаn Prеzidеnti İlhаm Əliyеvə mürаciət və iclasın qərarı oxunub. 

 



 

Digər xəbərlər

0.26384997367859