“WhatsApp”da yeni funksiya istifadəyə verildi

09:07 28-02-2019 | icon 2728
“WhatsApp”da yeni funksiya istifadəyə verildi

“WhatsApp” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib.

Yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.

Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini göstərməlidir. Buradan bu seçimləri etmək olar: müəyyən istifadəçi, kontaktlar siyahısından olan abunəçilər və ya heç kim Üçüncü variant seçilən zaman istifadəçiyə qrupa əlavə edilmək üçün onun qəbul və ya rədd edəcəyi sorğu göndəriləcək. 

Yenilik “WhatsApp” rəhbərliyinin yalan məlumatların yayılması ilə mübarizə üzrə növbəti addımıdır.


Digər xəbərlər

0.27346110343933