Azərbaycanda ən yaşlı şəxs kimdir?
Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib:
“Tədqiqatlarımız hələ ki, Azərbaycanın cənub bölgələrində aparıldığından yalnız bu bölgələrin ən yaşlı sakini haqqında məlumat verə bilərik. Bu tədqiqatlara əsasən, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarova sayılır”.
U.Həşimova qeyd edib ki, bir çox hallarda uzunömürlülərin sənədlərində göstərilən yaşla onların əsl yaş göstəriciləri üst-üstə düşmür. Buna görə də uzunömürlülər tədqiq olunarkən hər şeydən əvvəl onların yaş verifikasiyası aparılır.
İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.
Qeyd edək ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 108 yaşlı Vəsmə Məmmədova son 3 il ərzində Azərbaycanın ən yaşlı uzunömürlü (yaşı verifikasiya olunmuş uzunömürlülər arasında) sakini hesab olunurdu.
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...