Dünya və Avropa çempionu Rəsul Çunayev idman zalı açdı - FOTOLAR
Daha bir məşhur idmançımız zal açıb.
Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, dünya və Avropa çempionumuz Rəsul Çunayev idman zalı açmağa qərar verib.İdman zalı Bakıda olacaq və “Go Fitness” adı ilə fəaliyyət göstərəcək. Zal açılsa da, onun xidmətindən martın 4-dən etibarən istifadə etmək mümkün olacaq. Bundan bir həftə sonra isə rəsmi açılış mərasimi planlaşdırılıb.
Rəsul Çunayevin özünün də fiziki məşqlərini edəcəyi zal metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşir. Bazar ertəsi-şənbə günləri məşqlər saat 08:00-23:00-dək, bazar günü isə 10:00-18:00-dək fəaliyət göstərəcək. Həmçinin xanımlar üçün də özəl vaxt nəzərdə tutulub. Xanımlar burda bazar ertəsi, çərşənbə və cümə günləri saat 08:00-13:00 aralığında fitneslə məşğul ola bilər.
Qeyd edək ki, daha əvvəl məşhur kikboksçularımız – Zabit Səmədov və Eduard Məmmədov idman zalı açıb. Həmin zallarda müvafiq olaraq “Zabit Səmədov” və “Ağ Canavar” idman klubları fəaliyyət göstərir.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...