“Biz sanksiya altında olanda, Əliyev Belarus üçün döyüşürdü” - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərə təsir edir. Bu barədə Lukaşenko KİV nümayəndələriylə “Böyük söhbət” zamanı, Belarus və Azərbaycan əlaqələrini şərh edərkən danışıb:
“Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm, daha yaxşıları bizə lazım deyil. Onlar bizə qardaş kimi yanaşır, bu, müsəlman ölkəsinin xristian ölkələrinə münasibətinin nümunəsidir.
İlham Əliyevin mənə, yaxud mənim ona bir zəngim...Və bütün məsələlər həll olunur”.
Lukaşenko Belarusun sanksiya altında düşdüyü zamanlar Azərbaycan liderinin göstərdiyi prinsipial mövqeyə görə də ona minnətdarlığını bildirib:
“Bizim İlham Əliyevlə qətiyyən heç bir problemimiz yoxdur, baxmayaraq ki, o, GUAM-da olub. Aİ və ABŞ bizə sanksiyalar tətbiq edəndə onun öhdəlikləri var idi. Biz sanksiyalar altında idik. O, heç yerdə susmurdu və Belarusu Saakaşvilinin etdiyi kimi müdafiə edirdi. Bilmirəm, xoşunuza gələcək, ya yox, amma o, Belarus üçün döyüşürdü. Aİ-də, ABŞ-da hamını inandırırdı: "Siz Belarusu tanımırsınız, Belarus Prezidentini tanımırsınız. Niyə onlara təzyiq edirsiniz və sairə”.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...