AFFA ötən ilin xərclərini açıqladı - Fotolar
Bu gün “Hilton” otelində AFFA-nın Hesabat Konfransı keçirilir. Giriş sözü ilə AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib.
Abdullayev 2018-ci ildə Azərbaycan futbolundakı hadisələri sadalayıb. O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsini yüksək dəyərləndirməklə yanaşı, yığmamızın Millətlər Liqasındakı uğursuzluğunu da vurğulayıb.
Daha sonra tədbirin aparıcısı AFFA-nın baş katibi Elxan Məmmədov sözü Gənclər və İdman naziri Azad Rəhimova verib. Nazir AFFA-nın Bakıda mayın 29-da Avropa Liqasının final qarşılaşmasını yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.
AFFA-nın 2018-ci il üçün gəlir və xərcləri də açıqlanıb. Məlumata görə, keçən il milli assosiasiyaya 25 milyon 456 min 685 manat vəsait daxil olub. Xərclər isə umumilikdə 20 milyon 201 min 286 manat təşkil edib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...