Maştağada sakinlərin problemləri müzakirə olunub - Foto

17:51 04-03-2019 | icon 2570
Maştağada sakinlərin problemləri müzakirə olunub - Foto

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri ilə görüşü olub.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər və Sabunçu rayonu təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri, Maştağa qəsəbə sakinləri, həmçinin Nardaran qəsəbəsindən gəlmiş ağsaqqallar iştirak ediblər.

Qeyd edilib ki, Bakı şəhərində həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir olunub və bu işlər hazırda da davam etdirilir. Həmçinin paytaxtdakı çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur. “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub. Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə xüsusi proqram hazırlanır”, - deyə icra başçısı vurğulayıb.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

Görüşdə 35 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

 



 

Digər xəbərlər

0.26886892318726