“İlham Əliyev Paşinyanı asanlıqla məğlub etdi” - Koçaryan
Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunaraq haqqında iki ay həbs qətimkan tədbiri seçilən eks-prezident Robert Koçaryan “168 saat” qəzetinə müsahibə verib. O, bildirib ki, baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müxtəlif bəhanələrlə maskalanıb, lakin buna baxmayaraq, danışıqlar gedir.
“Burada şübhə doğuran məqam danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Cəmiyyətə hakimiyyətin Qarabağ məsələsi ilə bağlı mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək hələ də səslənməyib və məhz bu da narahatlıq doğurur. Mövqe formalaşdırmadan axı necə uğurlu danışıqlar aparmaq olar? Qarabağ münaqişəsində bir sıra əsas müddəalar mövcuddur ki, bunlardan biri səlahiyyətli şəxslərin danışıqlar başlamazdan əvvəl dəqiq yanaşmalarını ortaya qoymalarıdır”.
R. Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Paşinyanı asanlıqla məğlub etdiyini etiraf edib:
“Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonra bizim zəmanətimiz idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən etdiyi seçim olmasının mahiyyəti yoxdur. Hər iki halda bu, böyük səhvdir.
Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Minsk qrupunun bu yöndə növbəti təklifləri Ermənistan üçün heç də xoş olmayacaq”.
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...