Kəmaləddin Heydərov prezidentə qarşı? - İşçilər FHN-in qarşısında aksiya keçirməyə hazırlaşırlar
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində texniki işçilərin əməkhaqları kəsilib.
Bu barədə agentlikdə çalışan və əməkhaqları kəsilən işçilər məlumat veriblər: “Yanvarda 100-150 manat, fevralda isə 230-270 manat kəsdilər. Sürücülər, xadimələr, sıravi işçilər hamımız şokdayıq. Ölkə başçısı bir-birinin ardınca müxtəlif sahələrdə çalışan insanların əməkhaqlarını artırır, minimum əməkhaqqını nəzərəçarpacaq dərəcədə artırdı, pensiyalar, təqaüdlər bir-birinin ardınca artırılır, bizim əməkhaqları isə kəsilir. Halbuki biz ümidlə gözləyirdik ki, minimum əməkhaqqı 50 manat artırıldıqdan sonra bizim maaşımız da artacaq. Yanvarda kəsdilər, dedilər düzələcək, fevralın əməkhaqları martın 1-də oturub karta, baxırıq ki, 230-270 manat kəsilib. Soruşuruq, bizə deyirlər ki, büdcəmizdə pul yoxdur. Agentlik özü-özünü maliyyələşdirən qurum deyil, nazirliyin nəzdindədir, nazirliyə də pul büdcədən ayrılır. Belə çıxır ki, cənab nazir Kəmaləddin Heydərov ya məsələdən bixəbərdir, ya da birbaşa prezidentin siyasətinə qarşı çıxır. Bunun başqa izahı yoxdur”.
Şikayətçilər bildirirlər ki, 70 nəfər sürücünün, təxminən bir o qədər xadimənin, müfəttişlərin, onlarla digər sahədə çalışan sıravi işçinin əməkhaqları kəsilib: “Bu, yüzlərlə insanın çörəkpulunu kəsmək deməkdir. Qarşıdan bayram gəldiyini düşünsək, bu addımı hətta qəddarlıq da adlandıra bilərik. Elə kişilər var ki, ağlayırlar əməkhaqqının kəsildiyini biləndə”.
Qeyd edək ki, əməkhaqqı kəsilən işçilər bu həftə FHN-in qarşısında aksiya keçirməyə hazırlaşırlar.
FHN-in mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya məsələ ilə bağlı ünvanladığımız sual təəssüf ki, cavabsız qaldı. Y.Babanlı sualımızı dinlədikdən sonra bizdən edilən şikayəti istədi. Ona şikayətin bizə şifahi daxil olduğunu dedik. Onun cavabı isə qəribə oldu: “Əgər siz jurnalistsinizsə, bilirsiniz ki, şifahi məsələlər yalan da ola bilər, böhtan da ola bilər, məqsədli şəkildə də edilə bilər”. Onun diqqətinə çatdırdıq ki, mənbə jurnalistə məlumatı şifahi də verə bilər, yazılı da, rəsmi də, qeyri-rəsmi də. “İndi siz məndən nə istəyirsiniz ki?” deyə sual edən hörmətli mətbuat xidmətinə “sizdən heç nə istəmirik, sualımızı cavablandırmanızı xahiş edirik” desək də o, “aydındır, sağ olun” deməklə kifayətləndi.
Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Məlumatdan o da məlum olub ki, agentliyin rəhbəri 10 min, müavinləri isə 5 min əməkhaqqı alır. Onların əməkhaqqlarında heç bir kəsinti olmayıb. (afn.az)
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...