Nazir prezidentlə görüşdəki məsələlərlə bağlı konfrans keçirir

16:13 05-03-2019 | icon 1921
Nazir prezidentlə görüşdəki məsələlərlə bağlı konfrans keçirir

Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə görüş keçirir.

Mətbuat konfransı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət nümayəndələri ilə görüş zamanı müzakirə olunan məsələlərə həsr olunub.

***

Nazir qeyd edib ki, prezidentin imzaladığı sərəncama uyğun olaraq kinematoqrafiyanın inkişafı baxımından artıq işlər görülməyə başlayıb: "Mədəniyyət Nazirliyi və Kinematoqraflar İttifaqına tapşırılıb ki, kino sistemində təkmilləşdirilməsi baxımından 3 ay müddətində Tədbirlər Planı hazırlansın. Dərhal sistemli işlərin görülməsinə təkan verilib və artıq bir neçə layihə müzakirə olunub. 

Düşünürəm ki, bir ay və ya ay yarıma kino sisteminin idarə olunmasını yenidən qura biləcəyik. Bu, o demək deyil ki, kino işləmir. Filmlər çəkilir, özəl kinoteatrlar fəaliyyət göstərir. Ancaq Azərbaycanın kino sənayesinin inkişafı üçün atılan addımların sistemli xarakter alması vacibdir”.

***

Nazir Xalq artisti Rasim Balayevin prezidentlə görüşə dəvət edilməməsi haqda suala belə cavab verib: “Rasim Balayevə yaxşı münasibət bəsləyirəm, dostluq münasibətimiz var. 270 Xalq artisti, rəssamı var, bunların hamısını bir araya gətirmək olmur. 

Düşünürəm ki, gələn dəfə görüşdə hörmətli, nüfuzlu digər şəxslər də iştirak edə biləcəklər. Prezident gələcəkdə belə görüşlərin keçirilməsinə müsbət baxır. Biz də mütəmadi olaraq onlarla görüşə bilərik. Gələn dəfə bunu nəzərə alarıq”.

***

Qarayev teatrların hazırkı vəziyyətindən də danışıb: ““YUĞ” teatrının məkanı haqqında düşünürük. Dövlət Pantomima Teatrı isə “İrəvan” teatrından sonra bərpa olunacaq. O kollektivlərin başqa yerdə fəaliyyətinə şərait yaradırıq, kirayə pullarını veririk. Ünvanlı yardım barədə də düşünürük”.

***

Nazir Tağıyevə heykəl qoyulması ilə bağlı məsələyə də toxunub: “Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev və daha iki dahinin heykəlləri qoyulacaq. Tağıyevin gələcəkdə qoyulacaq heykəlinin yeri məlum deyil. Şəhərin müxtəlif yerləri nəzərdə tutulur. Amma dəqiq məkan qeyd olunmayıb. Müsabiqə olacaq və nəticəsinə uyğun olaraq buna münasib yer ayrılacaq”.

 

 

 

Digər xəbərlər

0.23600220680237