“Mən də həyəcan keçirirdim ki, Cabbarlının muzeyi belə haldadır” - Nazir
“Cəfər Cabbarlının anadan olduğu ev Xızı rayonundadır və hazırda orada təmir işi aparılır”. Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev məşhur dramaturqun Bakıdakı ev muzeyinin sökülməsi məsələsinə münasibətində deyib.
Nazir bildirib ki, qurum çoxdandır, bu məsələ ilə məşğul olur:
“Bu mövzuya belə şərh vermək istərdim. Ailənin qərarı ilə bina onların adına özəlləşdirilib. Nazir olan gündən bu məsələ gündəmdədir. O vaxt bu ev özəlləşdiriləndə məhkəməyə müraciət etmədik. Ola bilər ki, səhv etdik. Yalnız dövlət balansında olan binanın təmiri ilə məşğul ola bilərik. Ailə ilə danışıqlar aparmışıq. Onlar evin tikilməsini, birinci mərtəbəsinin isə muzey olmasını istəyirlər. Təcrübədə belə şeylər olur. Lakin ictimai fikri nəzərə alaraq mən də bu binanın aqibətindən narahatam. Fiziki durumu pisdir. Nəyisə almaq, sındırmaq məsələsi nazirliyin səlahiyyətinə daxil deyil. Heç nə əbədi deyil. Mən də bu illər ərzində həyəcan keçirirdim ki, muzey belə haldadır”.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...