Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə martın 6-8-də xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq bu tamaşa onun çoxsaylı pərəstişkarlarına əsl bayram hədiyyəsi olacaq.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Fərid Rzayev, Ağaxan Şərifov da iştirak edəcəklər. Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
...
-
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
...
-
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
...
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...