Martın 8-də hava pisləşəcək - Xəbərdarlıq

18:59 06-03-2019 | icon 1964
Martın 8-də hava pisləşəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ilə bağlı xəbərdarlıq yayıb. 

Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 08-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.


Digər xəbərlər

0.26379895210266