Azərbaycanlı məmurlar Ruhani ilə açılış mərasimində - Fotolar
Martın 6-da İranda Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi keçirilib.
Tədbirdə İran prezidenti Həsən Ruhani, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami, Gilan valisi Mustafa Salari iştirak ediblər.
Açılış mərasimində çıxış edən prezident Həsən Ruhani “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində olduğunu vurğulayıb və bu dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun önəmini qeyd edib. İran Prezidenti bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.
İran Prezidenti və qonaqlar Rəşt şəhərinin yeni vağzalında Qəzvin şəhərindən yola salınan ilk qatarı qarşılayıblar.
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...