Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edəcək

10:38 07-03-2019 | icon 2794
Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edəcək

FİFA referimiz Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb. Bu ölkənin mətbuatının yazdığına görə, Yunanıstan Super Liqasında XXIV turun oyunlarını idarə edəcək referilərin adları açıqlanıb və təyinat alanlar arasında Ağayev də var.

O, mərkəzi oyun hesab edilən PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək.

Azərbaycanlı referiyə Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq.


Digər xəbərlər

0.29965901374817