Vaqif Cavadov borca görə evini satdı
“Keşlə”nin vidalaşdığı Vaqif Cavadov problem içindədi. Millimizin sabiq üzvü ciddi maliyyə çətinliyi yaşayır.
Həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqları əlindən çıxan Vaqif borc içində boğulur. Xeyli adama kifayət qədər çox borcu olan Cavadov onları qaytara bilmir.
Fanat.az saytı futbolçunun hətta qumara qurşanması və bu üzdən miskin duruma düşməsi haqda da yazıb.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə isə futbolçu böyük borclara görə hətta çox dəbdəbəli mənzilini satıb. “Yeni Həyat”da yarım milyon manat qiyməti olan evini satışa çıxaran Cavadov problemdən başqa çıxış yolu görməyib.
Vaqif AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, məşhur futbolçu İsgəndər Cavadovun qardaşı oğludu. Onun atası Füzuli bəy də uzun illər “Neftçi”də oynayıb.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...