Cavid Qurbanovun çempionatında rəzalət - Hakimlər çempionatı boykot etdilər,oyun hakimsiz keçirildi

18:19 07-03-2019 | icon 2924
Cavid Qurbanovun çempionatında rəzalət - Hakimlər çempionatı boykot etdilər,oyun hakimsiz keçirildi
Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.
 
Ölkə çempionatı çərçivəsində keçirilən "Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.
 
Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı "Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.
 
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib. (yenicag)

Digər xəbərlər

0.24135208129883