PFL millimizin oyunlarına görə təqvimdə dəyişiklik etdi

19:28 07-03-2019 | icon 2352
PFL millimizin oyunlarına görə təqvimdə dəyişiklik etdi

Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq. Martın 25-də isə millimiz Bakıda Litva komandasını qəbul edəcək. 


Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millimizin martın 16-dan təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın 21-ci turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçlarının keçirilməsi nəzərdə tutulub. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL 21-ci turun oyunlarında dəyişiklik edib. Belə ki, Premyer Liqanın 21-ci turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları martın 15-nə keçirilib.


Digər xəbərlər

1.0347681045532