Lukaşenkodan Mehriban Əliyevaya 8 Mart təbriki

15:30 08-03-2019 | icon 2080
Lukaşenkodan Mehriban Əliyevaya 8 Mart təbriki

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

İnanıram ki, sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram". 


Digər xəbərlər

0.28237915039062