Lukaşenkodan Mehriban Əliyevaya 8 Mart təbriki
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.
İnanıram ki, sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.
Hörmətli Mehriban Arif qızı, sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram".
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...