Ordumuz genişmiqyaslı təlimlərə başlayır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.
Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.
-
Müdafiə Nazirliyi açıqlama yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür
...
-
Ermənistan atəşkəsi yenə pozdu - Üç hərbçimiz yaralandı
...
-
Azərbaycan 6 erməni hərbçinin meyitini təhvil verdi
...
-
Daha 21 şəhidimiz var - Siyahı
...
-
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Paşinyan 49 erməni hərbçinin öldüyünü etiraf etdi
...
-
Mövqelərimiz atəşə tutuldu
...