Eldar Əzizov yarmarkada - Fotolar

11:36 10-03-2019 | icon 3378
Eldar Əzizov yarmarkada - Fotolar

Nizami rayonunda növbəti Novruz yarmarkaları fəaliyyətə başlayıb.

Səhər saatlarından təşkil edilən yarmarkalarda Sabirabad, Hacıqabul, Ağsu, Oğuz, Göyçay və Astara rayonlarından olan fermerlər, ailə təsərrüfatları geniş çeşidli kənd təsərrüfatı məhsullarını əhaliyə ucuz qiymətlərə təklif edirlər.

Yarmarkada Nizami Rayon İcra Başçısı Arif Qasımovla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da olub, qiymətlərlə maraqlanıblar. 

Xatırladaq ki, ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti ilə birgə əhalinin tələbatı nəzərə alınaraq rayon ərazisində C.Naxçıvanski küçəsi 74 və Q.Qarayev prospekti 36 ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

Həmçinin yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur və rayon sakinləri yarmarkalara dəvət edilir.

 




 

Digər xəbərlər

0.2353458404541