Azərbaycanın “Eurovision”dakı yeri - Onluqda yoxuq

12:39 11-03-2019 | icon 2765
Azərbaycanın “Eurovision”dakı yeri - Onluqda yoxuq

Məlum olduğu kimi, Azərbaycanı may ayında Təl-Əvivdə keçirilən “Eurovision” mahnı müsabiqəsində müğənni Çingiz Mustafayev təmsil edəcək.  “Truth” mahnısının  müəllifi məhşur avstriyalı-bolqar bəstəkar Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess, eləcə də Çingizin adı var. Bu məqamda bildirək ki,  mahnı 7 fevrala kimi İTV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.

 Mustafayevin mahnısı “Eurovision”un rəsmi “Youtube” səhifəsində 3 gün ərzində 394 min baxış toplayıb, 4 mində çox şərh yazılıb.  Ekran işini 15 min sosial şəbəkə istifadəçisi bəyənib. Bununla da, “Eurovision- 2019”da təqdim edilən layihələr arasında baxış sayına görə top 10-luqdadır. 

Ukrayna heyəti tərəfindən ərsəyə gələn layihə Avropa mətbuatının da diqqətindən yayınmayıb.  Çingizin klipi müzakirələrə çıxarılıb, bloqqerlər tərəfidən video hazırlanaraq “Youtube” səhifəsələrinə yerləşdirilib. 

Bukmeykerlərin proqnozuna əsasən, Azərbaycanın bu il finala keçəcəyi ehtimal edilir. Çingiz ifasına görə, hazırda siyahıda 15-ci yerdədir. 

Həmçinin, Ukrayna komandası Çingizin instaqram səhifəsində də dəyişiklik edib.  Onun bütün fotoları arxivə atılıb, şəkillər Çingiz Mustafayevin fan səhifəsinə yerləşdirilib. 

Rəsmi səhifəsidə isə cəmi 4 paylaşım edilib.  Milli nümayəndə heyətimiz “İnfe Azerbaijan”a açıqlamasında məsələyə aydınlıq gətirib: “Çingiz Mustafayev müsabiqə üçün artistik yanaşmasını dəyişib, öz tərzinə dəyişiklik edərək əsas ehtirası olan flamenko və gitarasından da uzaqlaşıb. Buna görə də, Instagram hesabını yenidən qurmaq məntiqi bir addımdır”. 

 

 



 

Digər xəbərlər

0.32841086387634