Azərbaycanın “Eurovision”dakı yeri - Onluqda yoxuq
Məlum olduğu kimi, Azərbaycanı may ayında Təl-Əvivdə keçirilən “Eurovision” mahnı müsabiqəsində müğənni Çingiz Mustafayev təmsil edəcək. “Truth” mahnısının müəllifi məhşur avstriyalı-bolqar bəstəkar Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess, eləcə də Çingizin adı var. Bu məqamda bildirək ki, mahnı 7 fevrala kimi İTV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.
Mustafayevin mahnısı “Eurovision”un rəsmi “Youtube” səhifəsində 3 gün ərzində 394 min baxış toplayıb, 4 mində çox şərh yazılıb. Ekran işini 15 min sosial şəbəkə istifadəçisi bəyənib. Bununla da, “Eurovision- 2019”da təqdim edilən layihələr arasında baxış sayına görə top 10-luqdadır.
Ukrayna heyəti tərəfindən ərsəyə gələn layihə Avropa mətbuatının da diqqətindən yayınmayıb. Çingizin klipi müzakirələrə çıxarılıb, bloqqerlər tərəfidən video hazırlanaraq “Youtube” səhifəsələrinə yerləşdirilib.
Bukmeykerlərin proqnozuna əsasən, Azərbaycanın bu il finala keçəcəyi ehtimal edilir. Çingiz ifasına görə, hazırda siyahıda 15-ci yerdədir.
Həmçinin, Ukrayna komandası Çingizin instaqram səhifəsində də dəyişiklik edib. Onun bütün fotoları arxivə atılıb, şəkillər Çingiz Mustafayevin fan səhifəsinə yerləşdirilib.
Rəsmi səhifəsidə isə cəmi 4 paylaşım edilib. Milli nümayəndə heyətimiz “İnfe Azerbaijan”a açıqlamasında məsələyə aydınlıq gətirib: “Çingiz Mustafayev müsabiqə üçün artistik yanaşmasını dəyişib, öz tərzinə dəyişiklik edərək əsas ehtirası olan flamenko və gitarasından da uzaqlaşıb. Buna görə də, Instagram hesabını yenidən qurmaq məntiqi bir addımdır”.
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...
-
Onların Eşq Nümunəsi
...