Azərbaycan və ermənilərin iştirakı ilə atışma - Ölən var

12:40 11-03-2019 | icon 2420
Azərbaycan və ermənilərin iştirakı ilə atışma - Ölən var

Martın 10-da Rusiyanın Frolovo şəhərində baş verən kütləvi davada insanlara odlu silahdan atəş açılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, davaya ilk olaraq 6 Dağıstan vətəndaşı başlayıb. Belə ki, onlar Frolovoda bizneslə məşğul olan erməni-azərbaycanlı ailəsinə məxsus mağazaya daxil olaraq atəş açıblar.

Qarşılıqlı atışma nəticəsində adı açıqlanmayan erməni biznesmen hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisi dağıstanlı, digəri isə sözügedən ailədən olan boksçu B. Parnyadır. 

Rusiya İstintaq Komitəsindən olan mənbənin sözlərinə görə, insidenti törədən digər 4 dağıstanlı Volqoqrad şəhərinin Qumrak qəsəbəsində saxlanılıb.


Digər xəbərlər

0.29556202888489