KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO
“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda konfrans keçirilib.
Tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və Agentliyin nümayəndələri, Korporasiyanın tabeliyində olan müəssisələrin rəhbərləri iştirak ediblər.
Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.
Konfransda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində olan müəssisələrin rəhbərləri fəaliyyətləri barədə danışıb, istehsal, ixrac, satışın təşkili, kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, müəssisələri maraqlandıran suallar cavablandırılıb.
Konfrans çərçivəsində KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memoranduma əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması kimi sahələrdə əməkdaşlıq edəcəklər.
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...