Şirəliyev Bakıda olacaq final oyunu barədə əmr imzaladı
Səhiyyə naziri Oqtay Şirəliyev “Futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə” əmr imzalayıb.
Əmr “Futbol üzrə UEFA Avropa Liqasının final oyunun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Səhiyyə Nazirliyi haqqında Əsasənaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.
Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...