Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək
Hər il olduğu kimi, bu il də paytaxtımızda Novruz bayramı dövlət səviyyəsində keçiriləcək. YUNESKO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı paytaxtın bütün rayonlarında şənliklərlə qeyd olunacaq.
Bakıda martın 19-na planlaşdırılan əsas tədbir Qız qalasının qarşısındakı meydanda baş tutacaq, daha sonra Milli Parkda davam etdiriləcək.
Tədbirlərdə nümayiş olunacaq çalğı, rəqslər, bədii hissə Mədəniyyət Nazirliyi, güləş, zorxana və digər idman tədbirləri isə Bakı Şəhər Gənclər İdarəsi tərəfindən hazırlanacaq.
Eyni zamanda, Qız Qalasının qarşısında böyük tonqal qalanacaq.
Bundan başqa, bütün bayram günləri ərzində İçəri Şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq.
Qeyd edək ki, prezident İlham Əliyev ailəsi ilə birlikdə hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir.
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Şənbə gününün havası
...
-
"Turan yolu-Zəngəzurum" əsəri qardaş Türkiyədə
...
-
Biz Qarabağda əbədi yaşayacağıq!
...
-
Xankəndində Novruz tonqalı
...