Arif Qasımov üçün xoş gün

08:38 12-03-2019 | icon 123
Arif Qasımov üçün xoş gün
loading...

Bu gün Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun ad günüdür. Səbəbkar 54 yaşını qeyd edir.

Xatırladaq ki, Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının idarə olunması və istehsalın təşkili şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı nazirinin köməkçisi, Bakı şəhəri  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri və 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Biz də redaksiyamız adından Arif müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!


Digər xəbərlər

0.15149903297424