Zidan “Real”a qayıtdı - Klub rəsmən açıqladı
İspaniyanın “Real Madrid” klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarır.
Bu barədə “La Sexta” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu gün “kral klubu”nun direktorlar şurası fransalı mütəxəssisin geri qaytarılması şərtlərini razılaşdırmaq üçün təcili toplantı keçirib.
RMC-nin jurnalisti Fred Ermel Zidanın “Real”a qayıtması şərtlərini açıqlayıb. O bildirib ki, klubun prezidenti Florentino Peres Zidana yenidən baş məşqçi olacağı təqdirdə “Real”a daha çox investisiya qoyacağına söz verib:
“Peres Zidana söz verib ki, komandaya böyük investisiya qoyacaq. Bundan başqa, komandanı tərk edəcək oyunçuları müəyyən etmək imkanı olacaq. Bununla yanaşı, Zidan Çempionlar Liqasında iştirak edə bilməsi üçün “Real”ın ilk dördlüyə düşməsini təmin etməlidir”.
Qeyd edilir ki, artıq sabahdan etibarən Zidan komandanın başına keçəcək. O, bu postda Santyaqo Solarini əvəzləyəcək.
Zidan “Real”ı 2016-cı ilin yanvarından 2018-ci ilin mayına kimi çalışdırıb. Onun rəhbərliyi ilə komanda üç dəfə Çempionlar Liqasını qazanıb və bir dəfə İspaniya çempionu olub.
***
Artıq “Real” klubu öz rəsmi saytında Zidanın komandaya qayıtdığını elan edib. O, 2022-ci ilin iyununa kimi müqavilə imzalayıb.
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...