“İkinci nəvəm dünyaya gəldi, çox sevinirəm” - Əbülfəz Qarayev

12:57 15-03-2019 | icon 2666
“İkinci nəvəm dünyaya gəldi, çox sevinirəm” - Əbülfəz Qarayev

““Whatsapp”dan istifadə edirəm, lakin daha çox informasiya mübadiləsi üçün. Sözsüz ki, hərdən dostlar, ailə üzvləri bir-birilərinə şəkillər də ötürürlər. “Facebook”da isə şəxsi profilim yoxdur. Buna kifayət qədər vaxt ayırmaq lazımdır. Cədvəlim buna imkan vermir”. 

Bu sözləri  mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Aparıcı Emin Musəvi naziri ikinci dəfə qız babası olması münasibəti ilə təbrik edib:

“On gündür ki, ikinci nəvəm dünyaya gəlib. Çox sevinirəm. Təbriklərinizi məmnuniyyətlə qəbul edirəm. Allah bütün nəvələri və uşaqları saxlasın”.


Digər xəbərlər

0.51701998710632