“Həmsədrlər Ermənistana açıq mesaj göndərdilər ki...” - Əliyev

13:04 15-03-2019 | icon 43
“Həmsədrlər Ermənistana açıq mesaj göndərdilər ki...” - Əliyev
loading...

“Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir”. 

Bu sözləri president İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib:

“Bunun əsasında təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi inkişafımız dayanır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur. Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir”.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasındakı münaqişəyə də toxunub:

“Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür.

Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir”. 

 


Digər xəbərlər

0.18781208992004