Afətin mahnısına “klip” çəkdilər, baş həkim işdən qovdu - Şok iddia +Video
Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub.
Bu barədə teleaparıcı və prodüser Tarix Əliyev instagram hesabından video məlumat yayıb. Prodüser bildirib ki, məsələ ilə bağlı özü xəstəxananın baş həkimi Elçin Əmirova bir neçə nömrədən zəng edib, lakin qarşı tərəfi telefona cavab verməyib.
Daha sonra Tolik işdən çıxarılan xanım əməkdaşlardan biri ilə əlaqə saxlayıb. Özünü xəstəxananın tibb bacısı kimi təqdim edən İlahə adlı xanım bildirib ki, 10 saniyəlik videonu çəkərək şəxsi Instagram və Whatsapp hesablarından paylaşıb. Qadının iddiasına görə, martın 6-da səhər saat 10-nun yarısı baş həkim onları işə çağıraraq “siz məni bütün Azərbaycanda biyabır etdiniz” deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib.
Onun sözlərinə görə, nə qədər yalvarsalar da E. Əmirov onlara məhəl qoymayıb. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin xəstəxanada tibb işçisi, bufetçi və xadimə çalışdıqlarını qeyd edib.
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...